kanal14.az
kanal14.az

Perenciyev: Bunu istəyiriksə, Türkiyə ilə dost olmalıyıq - Video

Perenciyev: Bunu istəyiriksə, Türkiyə ilə dost olmalıyıq - Video
3-12-2020, 11:42 68 dəfə baxılıb

Perenciyev: Bunu istəyiriksə, Türkiyə ilə dost olmalıyıq - Video
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Rusiyanın istənilən hücumu dəf etmək üçün kifayət qədər qücü və vasitəsi var, buna görə də bu gün rəsmi Moskva Qara Dəniz Donanmasını gücləndirir.

Kanal14.az bildirir ki,bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Perenciyev NATO Baş katibi Yens Stoltenberqin ittifaqın Qara dəniz bölgəsindəki hərbi varlığını artırmağa davam edəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.

Mütəxəssisin fikrincə, NATO sürətlə rotasiya edir, bəzi gəmilər Qara dənizdən çıxır, digərləri daxil olur və bu şəkildə qruplaşma böyüyür:

"Bununla yanaşı, NATO Türkiyə ilə ortaq bir donanma yaradaraq qruplaşmanı rəsmi Ankaranın hesabına artıra bilər. Bu vəziyyətdə Rusiyanın Türkiyə ilə yaxşı münasibətlərini qoruyub saxlaması zəruridir, belə olarsa, rəsmi Ankara gəmiləri ilə NATO-nun Qara dənizdəki qruplaşmasını dəstəkləməyəcək. Heç bir qarşıdurma olmaması, qarşılıqlı əlaqə üçün biz türklərlə dost olmalıyıq. Bəlkə bu halda türk donanması NATO-da iştirakı formal olacaq və Stoltenberqin planları suya düşəcək. Həm də əgər Türkiyə NATO gəmilərinin giriş-çıxış qrafikini (Boğazlardan keçən gəmilər nəzərdə tutulur) izləyərsə və çox tez-tez rotasiyasına icazə verməzsə, bu, başqa bir əks mexanizm olacaq”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Direktor: Ulduz Talıb oğlu
Telefon: (+99470) 266-69-95 | (055) 219-23-96
E-mail: [email protected]
Ünvan: Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.