Siyasət

Naxçıvan dəhlizinin önəmi: böyük bazarlar... - Deputat

Naxçıvan dəhlizinin önəmi: böyük bazarlar... - Deputat
 
 
 
 
 
 
 

Azərbaycanla Naxçıvan arasında yalnız hava nəqliyyatı var idi və digər nəqliyyat növlərindən istifadə olunmurdu.

Kanal14.az bildirir ki,bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov əldə edilən sülh sazişinin 9-cu maddəsində öz əksini tapan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının ölkəmizə iqtisadi faydaları haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin, xüsusən də yol və nəqliyyat əlaqəsinin bərpa edilməsi çox vacib idi:

"Bu, bizim üçün iqtisadi baxımdan çox vacibdir, çünki praktik olaraq Azərbaycan özü regional nəqliyyat qovşaqlarının qapısına çevrilir.

Dəhlizin açılması Naxçıvanda fəaliyyət göstərən iş adamlarımızla əlaqələrin formalaşması və qurulması baxımından çox vacibdir. Daha qısa zamanda məhsulların ikitərəfli nəqlinə imkan yaranacaq və bu da təbii ki, iqtisadi baxımdan çox faydalıdır. Bunun Azərbaycanın, eyni zamanda Naxçıvanın iqtisadi inkişafı üçün kifayət qədər müsbət təsirləri olacaq. Güman olunur ki, bununla Naxçıvanda fəaliyyət göstərən sahibkarların daha böyük bazarlara çıxış imkanları təmin ediləcək. Bu həm logistik, həm də nəqliyyat xidmətlərinin çıxış imkanları baxımdan kifayət qədər əhəmiyyətli hesab olunur”.