Siyasət

Türkiyəli ekspert: Ermənistan ağlını itirib

Türkiyəli ekspert: Ermənistan ağlını itirib
 
 
 
 
 
 
 
 

 
 
 
 

Ermənistan Azərbaycanın hərbi-siyasi rəhbərliyini hər vəchlə özündən çıxarıb, cavab olaraq erməni mülki obyektlərinə sarsıdıcı zərbə endirməsinə vadar etməyə çalışır.

Kanal14.az bildirir ki,bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Abdulla Bəkçi erməni terrorçularının Bərdə şəhərinə ikinci dəfə raket atması nəticəsində 21 nəfərin həlak olduğunu və 70 insanın yaralandığını şərh edərkən deyib.

"Ermənistan, deyəsən, ağlını itirib. Ancaq Azərbaycan onun səviyyəsinə enməməlidir. Ölkəniz məqsədyönlü şəkildə irəliləməli və bütün Qarabağı özünə qaytarmalıdır. Bu gündən etibarən Ermənistanın hərbi cinayətləri məsələsi Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxarılmalıdır. Əminəm ki, Paşinyanın hərbi cinayətlərə görə beynəlxalq tribunal qarşısında duracağı gün uzaqda deyil”, - türkiyəli ekspert bildirib.

Bəkçinin sözlərinə görə, erməni tərəfi dinc sakinləri qətlə yetirməklə psixoloji təzyiq göstərməyə çalışır:

"Başqa sözlə, onlar düşünürlər ki, Azərbaycan xalqı müharibədən əl çəkəcək və müharibəni dayandırmaq üçün öz administrasiyasına təzyiq göstərəcək. Lakin Azərbaycan Ordusu döyüşəcək və xalq, şübhəsiz ki, öz Ordusunu dəstəkləyəcək”.