Siyasət

Qarabağ separatçıları çaşqınlıq içində, çarəsiz durumdadır

Qarabağ separatçıları çaşqınlıq içində, çarəsiz durumdadır
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Qondarma "respublika”nın dırnaqarası prezidenti Araik Arutunyanın silahlı birləşmələrinin komandanı general-leytenant Cəlal Arutyunyanı "müdafiə naziri” vəzifəsindən azad etməsi, onun yerinə general-mayor Mikael Arzumanyanın "təyinat" alması daxili gərginliyi daha da artırıb.

Kanal14.az bildirir ki, adı korrupsiya və digər cinayətlərdə hallanan general-mayor Mikael Arzumanyanın şəxsi heyət arasında nüfuzu yoxdur. Məhz buna görə də onun qondarma "respublika”nın "müdafiə naziri” təyin edilməsi daxildə narahatçılığı və narazılığı bir qədər də artırıb. İndi ordu çaşqınlıq içindədir, zabit və əsgərlər döyüşə getməkdən çəkinirlər. Qarabağdakı erməni əsgərləri müharibəni uduzduqlarını, döyüşlərin əbəs yerə davam etdirildiyini bildirirlər.

Onu da əlavə edək ki, separatçıbaşı Araik Arutunyan eks "nazirin" yaralandığı üçün vəzifəsini icra edə bilmədiyini söyləsə də erməni mediası Cəlal Arutyunyanın artıq öldüyünü qeyd edir.

(Yenisabah.az)