kanal14.az
kanal14.az

Həmsədr ölkələri neytrallığı pozmağa nə vadar edir?

Həmsədr ölkələri neytrallığı pozmağa nə vadar edir?
15-10-2020, 15:18 68 dəfə baxılıb

Həmsədr ölkələri neytrallığı pozmağa nə vadar edir?
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Prezident İlham Əliyev ötən gün "France 24” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həmsədrləri neytral olmağa çağırıb. O, Fransanın Xarici İşlər nazirinin "Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır" fikrini xatırladaraq deyib ki, Azərbaycan bu mövqeyi tam dəstəkləyir. Dövlət başçısı bütün həmsədrlərin neytral olmasının, tərəf tutmamasının zəruriliyini xatırladaraq deyib ki, bunun əksi onların mandatına ziddir.

Belə olan halda maraqlı sual yaranır, həmsədr ölkələri neytrallığı pozmağa, mandatlarına zidd mövqe sərgiləməyə nə vadar edir?

Bu barədə Yenisabah.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli söyləyib ki, sözügedən məsələnin baş təbliğatçısı, bu işlərin əsas qurucusu erməni lobbisidir:

"Məncə burada əsas yeri xristian təəssübkeşliyi də tutur. Çünki Rusiyanın dövlət maraqları, strateji maraqları olsa da, digər dövlətlərin belə bir marağı yoxdur. Sadəcə xristian təəssübkeşliyi, müsəlmana qarşı fobiya, Türk dünyasını sevməməzlik kimi amillər həmsədrlərin belə dolaşıq işlərə qarışmasına səbəb olur”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA