Səhiyyə

Azərbaycanda koronavirusdan 3 nəfər öldü

Azərbaycanda koronavirusdan 3 nəfər öldü
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Kanal14.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 42381 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 39468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2301 nəfərdir.

Ölkədə son sutka ərzində 6865, hazırkı dövrədək isə 1187136 test aparılıb.