Səhiyyə

Azərbaycana yeni tibbi cihazlar gətirilib

Azərbaycana yeni tibbi cihazlar gətirilib
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır. 

Kanal14.az bildirir ki, müharibə şəraitində mühüm əhəmiyyətə malik bu növ yeni tibbi cihazlar Azərbaycana gətirilib.

Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur. 

Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədəd sifariş olunub. 

Qeyd edək ki, İlizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.

 

(Yenisabah.az)