Səhiyyə

Bakının iki klinikası bağlandı - ŞOK İDDİA

Bakının iki klinikası bağlandı - ŞOK İDDİA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Azərbaycanda özəl klinikalarda Vergilər Nazirliyi tərəfindən yoxlamalara başlanılıb.
 

A24.az-ın əldə etdiyi məlumata görə, nazirliyin yoxlama apardığı "Oksigen” klinikası və "Stimul Hospital” fəaliyyətlərini dayandırıb. Məlumata görə, sözügedən özəl səhiyyə müəssisələri vergidən yayındığı üçün nazirlik hər iki müəssisədə yoxlamalara başlayıb.

Məlumatı verən mənbə iddia edir ki, nazirlik əməkdaşları gələn zaman "Stimul Hospital”ın daxili otaqlarında elektrin enerjisinin verilişi dayandırılıb, qapı bağlanıb. Eyni zamanda, sözügedən klinikalara xəstələrin girişinin qadağa edildiyi də vurğulanır.

Məsələnin dəqiqləşdirilməsi üçün əvvəlcə "Oksigen” klinikası ilə əlaqə saxlamağa çalışdıq. Zəngimizi cavablandıran klinikanın məsul işçisi bu barədə heç bir söz deyə bilməyəcəyini qeyd edərək telefonu söndürdü.

"Stimul Hospital”dan isə bildirildi ki, Vergilər Nazirliyi tərəfindən yoxlamalar aparılması dəqiqdir. Amma hospital fəaliyyətini dayandırmayıb:

"Biz hər gün olduğu kimi, bu gün də normal şəkildə işləyirik. Klinikamızın qapıları xəstələrin üzünə açıqdır. Bizim fəaliyyətimizi dayandırmağımız barədə yayılan xəbərlər yalandır. Nə qapılarımız bağlanıb, nə də fəaliyyət dayandırılması olub. Hazırda onlarla xəstə klinikada müalicə alır”.

Vergilər Nazirliyi tərəfindən özəl klinikalarda aparılan yoxlamaların yekun nəticələrinin yaxın günlərdə məlum olacağı bildirilir.

Qeyd edək ki, "Oksigen” klinikasının sahibi "Odlar Yurdu” Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevdir. Klinikaya onun kiçik oğlu Munir Vəliyev rəhbərlik edir.