kanal14.az
kanal14.az

Mərhum gitaraçı ilə sevgili olduğu iddia edilən müğənni danışdı: "Biabırçılıq..."

Mərhum gitaraçı ilə sevgili olduğu iddia edilən müğənni danışdı:
25-09-2020, 15:57 50 dəfə baxılıb

Müğənni Bəturə Hüseynova yaxın günlərdə oğlunun ehtiyatsızlığı ucbatından öldürülən gitara ifaçısı Nofəl Süleymanovla sevgili olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, hazırda Türkiyədə yaşayan müğənni "Elgizlə izlə" verilişinə telefon vasitəsi ilə bağlanaraq Nofəl Süleymanovu tanımadığını deyib:

"Nofəl bəyin yaxınlarına başsağlığı verirəm. O insanla adımın hallanması çox pis haldır. Guya mənə görə onun xanımı şiddət görüb və oğlu məlum hadisəni törədib. Çox acınacaqlı haldır, biabırçılıqdır. İnsanın ailəsində hüzr düşüb. Bu haqda necə yaza bilərlər?

Mənim ailəm, uşağım var. Məni milyonların içində rüsvay etmisiniz. Siz hansı əsasa dayanaraq bu sözləri danışırsınız? Üç ilə yaxındır Azərbaycanda deyiləm. Bu adamı nə zaman gördüm? Allah rəhmət eləsin, mən onu sənətçi kimi tanımışam. Bir neçə dəfə Mikayıl Güləddinoğlunun verilişində görmüşəm. Sadəcə bütün ansambla salam vermişəm. İnanın ki, onun adını-soyadını da bilməmişəm".

Qeyd edək ki, Nofəl Süleymanov bir müddət əvvəl oğlunun əlindəki ov tüfəngindən ehtiyatsızlıq üzündən açılan atəş nəticəsində dünyasını dəyişib.

Bundan sonra onun müğənni Bəturə Hüseynova ilə sevgili olduğu, ailəsində buna görə söz-söhbət yarandığı və oğlunun qəsdən məlum hadisəni törətdiyi iddia edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA