Mədəniyyət

Tanınmış yazıçı Çingiz Abdullayevin müdafiəsinə qalxdı – “Qəsdən təhrif edirlər”

Tanınmış yazıçı Çingiz Abdullayevin müdafiəsinə qalxdı –

"Məşhur yazıçımız Çingiz Abdullayevin məlum statusu barədə xeyli ziddiyyətli münasibətin şahidi oldum. Mənə elə gəlir ki, bəziləri Çingiz müəllimin dediklərini ya tam anlamayıblar, ya da qəsdən təhrif edirlər”. 

 

Kanal14.az Yenisabah.az-a istinadən  xəbər verir ki, bu sözləri tanınmış yazıçı Elçin Hüseynbəyli deyib. Elçin Hüseynbəyli xalq yazıçısı Çingiz Abdullayevin rusdilli məktəblərlə bağlı açıqlamasının düzgün anlaşılmadığını bildirib:

"Yazıçı deyir ki, hər həs öz ana dilini bilməlidir. Yəni mükəmməl bilməlidir. Xarici dili bilmək də vacibdir. Çünki nə qədər çox dil bilsən, millətinə də o qədər yaxşılıq etməli olarsan. Rus dilini bilməsən rusca danışanlara hansı dildə cavab verəcəksən. Yaxud başqa bir dil olsun. Mənə görə əsl vətənpərvər adam nə qədər çox xarici dil bilsə, o qədər yaxşıdır. O ki qaldı rus dilli məktəblərin çox olmasına, bu əlbəttə, müzakirə mövzusudur. Amma elə ailələr var ki, rus dilni bilməyə-bilməyə uşaqlarını həmin sektora verirlər. Bunu ingilis dilinə da aid etmək olar. Demək istədiyim odur ki, hörmətli yazıçımız Çingiz Abdullayevin dediklərinə qərəzli yanaşmaq olmaz. Bir az düşüncəli olmalı və küyə getməmək lazımdır. Unutmayaq ki, məhz Çingiz Abdullayev bizim oponentlərimizə dəfələrlə elə rus dilində tutarlı cavablar verib”.