kanal14.az
kanal14.az

Mədəniyyət Nazirliyi tərəfindən incəsənət xadimləri ilə videogörüş təşkil edilib

Mədəniyyət Nazirliyi tərəfindən incəsənət xadimləri ilə videogörüş təşkil edilib
19-08-2020, 12:22 315 dəfə baxılıb

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirilib.

Kanal14.az bildirir ki, görüşdə çıxış edən Anar Kərimov əvvəlcə, ona göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı müvafiq tapşırıq və tövsiyələri olub. Mədəniyyət və incəsənət xadimləri ilə görüşün əsas məqsədi də Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənməkdir.

Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirib.

Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd edib. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.

Vurğulanıb ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.

İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildiriblər.

(AZƏRTAC)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA