Mədəniyyət

“Polad generalımız” kitabı nəşr edildi

Qanun Nəşriyyat Evi "Polad Generalımız” adlı kitab nəşr edib. Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Şahbaz Xuduoğlu məlumat yayıb. 

O bildirib ki, Tovuzda şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş kitab 2000 ədəd nəşr edilib:

"İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də "Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.

 

Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm. Biz bu nəşri generalımızın əziz xatirəsinə "Qanun" ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq".