kanal14.az
kanal14.az

Vəkilov yeni kitabını şəhidlərimizə ithaf etdi

Vəkilov yeni kitabını şəhidlərimizə ithaf etdi
19-11-2020, 17:29 37 dəfə baxılıb

Vəkilov yeni kitabını şəhidlərimizə ithaf etdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Hüquqşünas Səməd Vəkilovun "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması (milli və beynəlxalq qanunvericilik sistemində)” kitabı çapdan çıxıb.

Kanal14.az Kult.az-a istinadən xəbər verir ki, kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan xalqının qeyri-maddi mədəni irsinə yönəlik təhdidlərin aradan qaldırlması” layihəsi çərçivəsində AMEA-nın Folklor İnstitunun 07.02.2020-ci il tarixli Elmi Şurasının Qərarı ilə (Prtokol №1) cap olunub.

Kitab Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən folklorunun (qeyri-maddi mədəni irsin) hüquqi qorunmasından bəhs edir. Kitabda folklor nümunələrinin mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılması problemi milli və beynəlxalq qanunvericilik konteksində araşdırılıb.

Kitabın elmi redaktorları professor Seyfəddin Rzasoy, ədliyyə nazirinin keçmiş birinci müavini hüquqşünas Aydın Kərimov, məsləhətçisi İctimai Televiziyanın Yayım Şurasının üzvü, folklorşünas Sevil Yusifovadır.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş milli iftixarımız olan Azərbaycan əsgərlərinə itihaf edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Direktor: Ulduz Talıb oğlu
Telefon: (055) 219-23-96
E-mail: [email protected]
Ünvan: Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.