İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Sentyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,51% – 27,584.06 bəndədək, S&P 500 indeksi 1,61% – 3,351.60 bəndədək, Nasdaq indeksi isə 1,87% – 11,117.53 bəndədək yüksəlib.

Kanal14.az "APA-Economics"in məlumatına əsasən bildirir ki, Avropa fond bazarlarında sentyabrın 28-də FTSE 100 indeksi 1,46% – 5,927.93 bəndədək, Almaniya DAX-ı 3,22% – 12,870.87 bəndədək, Fransa CAC-40 indeksi isə 2,40% – 4,843.27 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 874,7 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,3% artaraq 1,1664 dollar təşkil edib.