İqtisadiyyat

Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 6% artıb

Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 6% artıb

Azərbaycanda bank müştərilərinin sayı bu ilin iyulun 1-nə 8 465 977 nəfərə çatıb.

Kanal14.az Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, bank müştərilərinin sayında aylıq ifadədə 218 422 nəfər və ya 2,6%, ilin əvvəlinə nisbətən isə 448 396 nəfər və ya 5,6% artım qeydə alınıb.

Məlumata əsasən, bank müştərilərinin 8 354 596 nəfərini və ya 98,7%-ni fiziki, 111 381 və ya 1,3%-ni hüquqi şəxslər əhatə edib.

 

Qeyd edək ki, bu il iyulun 1-nə sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 334 910 nəfər təşkil edib. Bu da öz növbəsində, aylıq ifadədə 19 915 nəfər və ya 6,3%, ilin əvvəli ilə müqayisədə isə 6 706 nəfər və ya 2% artım deməkdir.