İqtisadiyyat / Dünya

ABŞ-ın neft ehtiyatı bir həftədə 7 milyon 544 min barrel artıb

ABŞ-da xam neft ehtiyatları ötən həftəsonu ondan əvvəlki həftə ilə müqayisədə 7 milyon 544 min barrel artıb.

Kanal14.az bildirir ki, bu barədə ABŞ Enerji İnformasiya Agentliyi tərəfindən məlumat yayılıb.

ABŞ Neft İnstitutunun məlumatına görə isə eyni həftədə benzin ehtiyatları 2 milyon 19 min barrel, distillə edilmiş məhsulların ehtiyatları 1 milyon 357 min barrel azalıb.

(Aqreqrator.az)