İqtisadiyyat / Dünya

ABŞ-ın büdcə kəsiri yüzqat artdı

ABŞ-ın büdcə kəsiri yüzqat artdı

ABŞ-ın büdcə kəsiri iyun ayında 863 milyard dollara çatıb.

Kanal14.az "TASS"a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə yüzqat çoxdur. Eyni zamanda, keçən ilin sentyabrında başa çatan bütün maliyyə ili üçün ölkənin federal büdcəsindəki vəsait çatışmazlığı 984 milyard dollar təşkil edib. Sənəddə qeyd olunduğu kimi, belə yüksək göstərici iqtisadi böhran, koronavirus pandemiyası və hökumətin konkret hadisələr fonunda həyata keçirdiyi tədbirlər ilə əlaqələndirilir.