İqtisadiyyat / Dünya

Ukrayna müflis ola bilər: Milyardlıq borc…

Ukrayna Milli Bankının rəhbəri Yakov Smoliyin istefası ucbatından ölkə yenidən müflis olmaq təhdidi ilə üzləşib.

Kanal14.az Axar.az-a isitnadən xəbər verir ki, bu məlumatı "Handelsblatt” qəzeti yayıb.

"Ukraynanı indi dövlət kimi müflis olmaq təhdidi gözləyir. Məsələ odur ki, Kiyev gərək təcili şəkildə xarici kreditorlar qarşısında olan bir neçə milyardlıq borcunun ödənilməsini təmin etsin. Təkcə bu il Ukrayna 17 milyard dollar həcmində olan köhnə kreditlərini yenidən maliyyələşdirməli olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Smoliy bundan öncə Milli Banka sistematik siyasi təzyiqlərə görə istefaya getdiyini deyib.