İqtisadiyyat

Dünya bazarlarında son durum: Neftin və təbii qazın qiyməti dəyişdi

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıb.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,61% azalaraq 1 barelə görə 40,27 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,84% azalaraq 37,78 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,10% artaraq 1,594 ABŞ dolları təşkil edib.