İqtisadiyyat

Gürcüstan Azərbaycana yumurta ixracını kəskin artırıb

Gürcüstan Azərbaycana yumurta ixracını kəskin artırıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 393,1 min ABŞ dolları dəyərində 116,8 ton yumurta ixrac edib.

Kanal14.az  bildirir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, illik müqayisədə ixrac edilən məhsulun həcmi 57,5 ton və ya 97% artaraq 116,8 tona, dəyəri isə 155,9 min dollar və ya 65,7% artaraq 391,1 min dollara çatıb.Xatırladaq ki, 2019-cu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 237,2 min dollar dəyərində 59,3 ton yumurta ixrac edilib.