İqtisadiyyat

Azərbaycan nefti 43 dolları ÖTDÜ

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

 

Kanal14.az bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,97 ABŞ dolları artaraq 43,38 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

(Modern.az)