İqtisadiyyat

Valyuta hərracında dollara - TƏLƏB CÜZİ ARTIB

 
 
Valyuta hərracında dollara - TƏLƏB CÜZİ ARTIB










 
 
 



Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Dogruxeber.az FED.az-a istinadən  bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 19-na nisbətən 1,2 milyon ABŞ dolları və yaxud təxminən 2,2% artaraq 56,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb