İqtisadiyyat

AİB-in “koronavirus kalkulyatoru”: Dünya iqtisadiyyatı 347 milyard dollar itirəcək

Asiya İnkişaf Bankı (AİB) koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin miqdarını açıqlayıb.

Kanal14.az xəbər verir ki, AİB mövcud şəraitdə dünya iqtisadiyyatı üçün 3 mümkün – yaxşı, orta və pis – ehtimalı dəyərləndirərək, bunun nəticələrini hesablayıb.

Bankın "ən yaxşı” adlandırdığı ssenariyə görə, pandemiyanın 2 ay davam edəcəyi təqdirdə, dünya iqtisadiyyatı 76,6 milyard dollar itirəcək.
İkinci ehtimala əsasən, koronavirusun 3 ay davam edəcək və o halda pandemiya dünya iqtisadiyyatına 155,9 milyard dollara başa gələcək.

AİB-in "ən pis” ssenarisinin gerçəkləşməsi isə dünya iqtisadiyyatının 346,9 milyard dollar itirməsi ilə nəticələnəcək.   /Yenicag.az/