kanal14.az
kanal14.az

Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
27-09-2019, 17:55 48 dəfə baxılıb

Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
 
 
 
 
 
 
 

 
 

2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sığorta bazarının sağlam, dayanıqlı fəaliyyətinə nail olmaq, beynəlxalq standartlara uyğun tənzimlənmə və nəzarət çərçivəsini qurmaq, habelə sığorta bazarının inkişafını təmin etmək Maliyyə Bazarlarına Nəzarət Palatasının prioritet hədəflərindəndir.

Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər sığorta haqlarının artımını stimullaşdırır. Belə ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 175.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 315.6 mln. manat, ödənişlər isə 124.1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154.2 mln. manat, ödənişlər isə 51.4 mln. manat olub.

2019-cu ilin yanvar-avqust aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.2%-i könüllü, 32.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.7%-i könüllü, 29.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0.9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4.8 mln.manat artım) üzrə olub.

Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayveri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3 mln. manat artım) və daşınmaz əmlakın icbari sığortası (24% və ya 4.9 mln. manat artım) növüdür. İcbari avtomobil sığortası üzrə artım sığorta müqavilələrinin elektronlaşdırılması və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan avtonəqliyyat vasitələrinin artması (təxmini 2 dəfə) ilə əlaqədardır.

Həyat sığortası üzrə könüllü sığorta növlərinin bəzilərində azalma olsa da, sığorta sektorunun iqtisadi-sosial əhəmiyyət daşıyan növlərindən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14% (3.9 mln. manat) artım olub.

Keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 mln. manat artım olub. Azalma isə tibbi sığorta (2.2 mln. manat) və yaşam sığortası (5 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

2019-cu ilin yanvar-avqust ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA