Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb
Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 682,2 mln. manat olub.
Bu barədə DogruXeber.az-a Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib./Trend.az