İqtisadiyyat

Şahin Mustafayev İranda səfərdədir

http://olke.az/uploads/1551856109/sahinnn.jpg
 
İran Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb.

 Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi İranda  rəsmi səfərdədir.

Səfər çərçivəsində Ş.Mustafayev iranlı həmkarı ilə görüşüb.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami dövlət başçılarımızın arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu qeyd edib.

Ş.Mustafayev isə isə qeyd edib ki, son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb: 

 

"Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb”.
Ş. Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib.