İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

http://olke.az/uploads/1551332304/neftaze.jpg
 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,28 dollar və yaxud 1,92% artıb.

"Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,97 dollar təşkil edib. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.