İqtisadiyyat

Yaponiya hökumətindən gözlənilməz addım — Banklarda “yatmış” 4 milyardı xeyriyyə ayırır

http://olke.az/uploads/1551126606/pul.jpg
 
Yaponiya hökuməti "yatmış” pullardan xeyriyyə işləri üçün istifadə edəcək.

"Kanal14.az” xaric KİV-ə istinadən xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, Yaponiya banklarında külli miqdarda vəsait istifadəsiz qalıb. Qanunvericilikdə aparılan müvafiq düzəlişlərdən sonra Yaponiya hökuməti bu vəsaitin bir hissəsindən xeyriyyə işləri üçün istifadə etməyi planlaşdırır. Belə ki, hökumət 2019-cu maliyyə ilində bank hesablarında "yatan” 4 milyard yen (təqribən 36 milyon dollar) məbləğində vəsaiti dövriyyəyə cəlb etmək istəyir. Bu, hər il 1 milyard dollar artan ümumi məbləğin yalnız bir hissəsini təşkil edir. Yaponiya banklarındakı hesablarda 10 il və daha artıq müddətdə istifadə edilməyən külli miqdarda "yatmış” vəsait qalır.

Həmin fondların könüllülər tərəfindən yerli icmaların fəallığının artırılması və uşaqlara xidmətin yaxşılaşdırılması məqsədilə xeyriyyə işləri üçün istifadə ediləcəyi bildirilir.