İqtisadiyyat

Ötən ay Naxçıvanda 168 milyon 313 min 400 manatlıq ÜDM istehsal olunub

http://olke.az/uploads/1550697408/ergferfgg.jpg
 
 
2019-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub.

"Kanal14.az" bildirir ki, report Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 368,9 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 91 milyon 782 min manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

 

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 661 min manat vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitin 33 milyon 718 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.