İqtisadiyyat

Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib

"Azəriqaz” 2018-ci ilin yanvar-iyul ayları ərzində 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, İB-dən verilən məlumata görə, həmin binalarda ümumilikdə 17 min 422 ailə yaşayır.

 

"Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq”la təmin olunmasında maraqlıdır.