İqtisadiyyat

Neftin qiyməti kəskin ucuzlaşdı

Neftin qiyməti kəskin ucuzlaşdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Kanal14.az bu barədə ICE London qitələrarası birjasında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Sonuncu dəfə belə bir rəqəm 2017-ci ilin oktyabr ayında qeydə alınmışdı.

Hazırda Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin bir barelinin qiyməti 59,46 dollar təşkil edir. Gün ərzində Brent markalı neft 5,3 faiz ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir barelinin qiyməti isə 5,9 faizi azalaraq 50,88 dollar təşkil edib.