İqtisadiyyat

İşğaldan azad edilmiş rayonlarda işləmək məqsədilə kadr ehtiyatı formalaşdırılır

İşğaldan azad edilmiş rayonlarda işləmək məqsədilə kadr ehtiyatı formalaşdırılır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Azərenerji" ASC Azərbaycanın işğaldan azad edilmiş rayonlarında işləmək üçün kadrlar yığır.

Kanal14.az ASC-ə istindən xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerji sisteminin yenidən qurulması üçün "Azərenerji” ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyatının yaradılması məqsədi ilə müsabiqə elan edir.

Vəzifələr:

- 330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorları;

- Su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklər;

- Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;

- Elektrik maşın, aparat və cihazların sazlayıcısı;

- Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;

- Rele mühafizəsi və avtomatika üzrə mühəndis;

- Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis;

- İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;

- Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.

Tələblər:

- Elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və  istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisası (vəzifədən asılı olaraq);

- İddiaçının vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsi (iş stajı);

- İstilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklər;

- Avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklər;

- Kompüter biliyi: MS Office.

- Məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olması

Tələb olunan sənədlər:

- Fotoşəkilli şəxsi vərəqə (CV) forması;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Təhsil haqqında sənədin surəti.

Qeyd edək ki, müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında  təlim tədris kurslarına cəlb oluna bilərlər.

Sənədlər həftə içi 5 gün saat 09:00-dan 18:00-dək "Azərenerji"nin Kadrlar şöbəsinə təqdim olunur.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Ak. Əbdülkərim Əlizadə küç.,10 AZ1005. Müsabiqədə iştirak etmək istəyənlər əlaqə üçün (+99412) 490-09-43 telefon nömrəsinə zəng edə və ya cv@azerenerji.gov.az ünvanına CV-lərini göndərə bilərlər.