kanal14.az
kanal14.az

Azərbaycan məhsulları beynəlxalq sərgidə

Azərbaycan məhsulları beynəlxalq sərgidə
5-11-2020, 13:21 69 dəfə baxılıb

Azərbaycan məhsulları beynəlxalq sərgidə
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Noyabrın 5-də Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi açılacaq.

Kanal14.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Sərgi noyabrın 10-dək davam edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA