İqtisadiyyat

Elman Rüstəmov avtobus və metroda qiymət artımının inflyasiyaya təsirini açıqlayıb

"Avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var".

 

kanal14.az APA-ya intinadən əbər verixr ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

 

" Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", deyə sədr bildirib.

 

 

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".

 

Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb."