İdman

“Kayseri Gənclərbirliyi” “Can Azərbaycanın Yanındayıq” turnirinin qalibi olub

“Kayseri Gənclərbirliyi” “Can Azərbaycanın Yanındayıq” turnirinin qalibi olub
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Türkiyədə qadın futbol komandaları arasında "Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçirilib.

Kanal14.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda mübarizə aparan Azərbaycana həsr olunan mini-turnir 3 gün davam edib.

Egey regionundakı Afyon rayonunda təşkil olunan yarışda 6 klub qüvvəsini sınayıb. "Kocatepe” stadionunda baş tutan oyunlarda 2 qələbə, 1 heç-heçə edən "Kayseri Gənclərbirliyi” turnirin qalibi adına yiyələnib.