İdman

“Barselona”nın müdafiəçisi “El Klasiko”nu buraxa bilər

İspaniyanın "Barselona” klubu müdafiəçisi Xordi Albanı itirib.

Kanal14.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, La Liqa təmsilçisi V turda "Sevilya” ilə (1:1) qarşılaşmada sıradan çıxıb.

Matçın 75-ci dəqiqəsində zədələnərək yeni transfer Serjinyo Destlə əvəzlənən 31 yaşlı oyunçunun bərpa vaxtı qeyri-müəyyəndir. Albanın oktyabrın 18-də "Xetafe” ilə növbəti tur matçında iştirakı gözlənilmir. Sol cinah oyunçusu hətta ayın 25-də "El Klasiko”da "Real”la ev qarşılaşmasını da buraxa bilər.

 

Qeyd edək ki, "Barselona” keçirdiyi ilk üç oyunda 7 xal toplayıb.