İdman

"Barselona" məşhur hücumçulardan imtina etdi

İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko və Fransa PSJ-sindən ayrılan Edinson Kavani "Barselona"ya təklif olunub.

Kanal14.az bildirir ki, "Report" xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib.

Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. "Barselona" oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq. Kataloniyalıların əsas hücumçusu Luis Suares "Atletiko"ya keçib.

Qeyd edək ki, Edinson Kavani hazırda azad agentdir. Edin Cekonun "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.