İdman

Keşlə”dən ayrılan futbolçu “Sumqayıt”da

"Sumqayıt”  Cavid İmamverdiyevi heyətinə qatıb. Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, 2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sumqayıt klubu növbəti futbolçunun keçidini reallaşdırıb. Belə ki, 2017/18 mövsümündə də komandanın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb.
 
İmamverdiyev yeni klubunda "22” nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, futbolçu 2017/18 mövsümündə "Sumqayıt"ın uğurları üçün çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 
 
Onu da bildirək ki, Cavid "Keşlə”, "Sabah”, "Neftçi”, "Karvan” və "Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.