kanal14.az
kanal14.az

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi
15-09-2020, 14:52 43 dəfə baxılıb

AFFA  

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Kanal14.az "Qafqazinfo” a istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

"Keşlə” – "Qarabağ” oyununda Ağdam klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat  cərimə olunub.

Həmçinin "Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub daha 800 manat cərimə olunur.

 

"Neftçi” – "Sumqayıt” görüşündə "ağ-qaralar”ın futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunur.

"Səbail” – "Zirə” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

"Sabah” – "Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

"Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA