İdman

"Barselona" prezidenti istefa verdi: Messiyə görə

"Barselona" Çempionlar Liqasında "Bavariya"ya 8:2 məğlub olduqdan sonra Lionel Messinin klubdan ayrılmaq istəməsi klub daxilində böhranı böyüdüb.

Kanal14.az bildirir ki, "Barselona"nın prezidenti Jozep Bartomeu istefa qərarı verib. Yaxın zamanda bununla bağlı klubdan rəsmi açıqlama veriləcəyi bildirilib.

Qeyd edək ki, Messinin klubdan ayrılmaq istədiyini bildirməsindən sonra azarkeşlər "Nou Kamp"a gedərək klub rəhbərliyini istefaya səsləmişdi.

(Metbuat.az)