İdman

ÇL tarixində ikinci dəfə

ÇL tarixində ikinci dəfə

Futbol üzrə UEFA Çempionlar Liqası tarixində finalda ikinci dəfə alman məşqçilər üz-üzə gələcək.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, PSJ-nin baş məşqçisi Tomas Tuxel və "Bavariya”nın çalışdırıcısı Hans Flik alman əsilli olaraq UEFA Çempionlar Liqasının finalında çempionluq uğrunda mübarizə aparacaqlar.

İlk dəfə bu, 2012/13 mövsümündə qeydə alınmışdı. Belə ki, Yurgen Kloppun rəhbərliyi altında Dortmund "Borussiya”sı Yup Haynkesin çalışdırdığı "Bavariya”ya 1:2 hesabı ilə məğlub olmuşdu.