İdman

“Trabzonspor” braziliyalı futbolçunu transfer edib

"Fluminense”nin müdafiəçisi Marlon Rodriges Xavyer karyerasını Türkiyədə davam etdirəcək.

Kanal14.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, braziliyalı futbolçu "Trabzonspor”a keçib.

Qara dəniz təmsilçisi 23 yaşlı sol cinah oyunçusunu icarəyə götürüb. Onunla müqavilə 1+3 illik imzalanıb. Yəni Marlon 2020/21 mövsümündə özünü yaxşı tərəfdən göstərə bilsə, "bordo-mavililər” onu birdəfəlik transfer edəcək və 2024-cü ilin yayına qədər sözləşmə imzalayacaq.

 

Bir illik icarəyə keçid "Fluminense”yə 150 min avro qazandırıb. Futbolçunun illik məvacibi isə 480 min avro olacaq. Transfer reallaşarsa, Marlonun maaşı artırılacaq və "Fluminense” daha 2 milyon avro qazanc götürəcək.

Qeyd edək ki, Marlon Rodriges Xavyer 2017-ci ildən "Fluminense”də çıxış edib.