İdman

Çempionlar Liqasında matça çıxacaq klubda 2 futbolçuda virus aşkarlandı

Çempionlar Liqasında matça çıxacaq klubda 2 futbolçuda virus aşkarlandı

İspaniyanın "Atletiko Madrid" klubunun 2 futbolçusu koronavirusa yoluxub.

Kanal14.az bildirir ki, bu barədə Madrid klubunun rəsmi saytında məlumat verilib. Virus aşkarlanan futbolçuların adları isə açıqlanmayıb.

Qeyd edək ki, "Atletiko" avqustun 13-də Çempionlar Liqasının 1/4 finalı çərçivəsində Almaniyanın "Leypsiq" komandası ilə üz-üzə gələcək. Yoluxma məhz bu görüşdən öncə keçirilən testlərdən sonra aşkarlanıb.

(Metbuat.az)