İdman

“Fulhem” yenidən Premyer Liqada

İngiltərə Premyer Liqasına sonuncu vəsiqənin sahibi bəlli olub.

Kanal14.az bildirir ki, Çempionşipdə ilk iki yeri tutan "Lids” və "Vest Bromviç”in ardından "Fulhem”də yüksək dəstədə oynamaq hüququ qazanıb.

Bu, pley-off mərhələsinin final matçından sonra rəsmiləşib. Londondakı "Uembli” stadionunda baş tutan həlledici görüşdə "Brentford”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən "Fulhem” bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.Qeyd edək ki, Premyer Liqadan Çempionşipə "Bornmut”, "Uotford” və "Norviç” yuvarlanıb.

(Lent.az)