İdman

Millimizin təlim-məşq toplanışının vaxtı bəllidir

Millimizin təlim-məşq toplanışının vaxtı bəllidir

Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı məlum olub.

Kanal14.az bildiri ki, bu barədə İtaliya mətbuatına millimizin yeni çalışdırıcısı Canni de Byazinin köməkçisi olacaq Alessandro Skayya məlumat verib.

O bildirib ki, sentyabrın 5-də Millətlər Liqasında keçiriləcək ilk oyunu nəzərə alaraq toplanış avqustun 28-i başlayacaq.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.
(Qafqazinfo.az)