İdman

Əfsanəvi pilot 2 ildən sonra Formula 1-ə qayıtdı

Əfsanəvi pilot 2 ildən sonra Formula 1-ə qayıtdı

2 dəfə Formula 1 çempionu olmuş Fernando Alonso 2 illik fasilədən sonra keçmiş komandası "Renault"a geri qayıdıb.

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, "Renault" Formula 1 komandası dünyaca məşhur ispaniyalı pilotla müqavilə bağladığını açıqlayıb. Onun 2021-ci ildə yarışlara çıxacağı bildirilib. Təcrübəli pilot sonuncu dəfə 2 il əvvəl "Mclaren" komandası ilə Formula 1-də iştirak edib.

 

Xatırladaq ki, hazırda 38 yaşı olan Fernando Alonso Formula 1-də ilk çempioluğunu 2005-ci ildə "Renault" komandası ilə qazanmışdı.