İdman

Bakıdakı Formula 1 Qran-prisi ləğv edildi

Bakıdakı Formula 1 Qran-prisi ləğv edildi

Formula1 üzrə Bakı Qran-prisi ləğv edilib. Kanal14.az bildirir ki, bu barədə məlumatı "F1News” nəşri yayıb. 

Bildirilir ki, qərar rəsmən yaxın günlərdə açıqlanacaq.

İtaliya mətbuatı yazır ki, Sinqapur Qran-prisi ləğv olunacaq. Soçi, ABŞ, Vyetnam, Bəhreyn, Meksika və Abu-Dabidəki yarışlar baş tutacaq.

Dünya Kubokunun təşkilatçları televiziya müqavilələri üzrə ödənişləri tam alacaq. Ən azı 15 Qran-pri keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Formula1-in Bakıdakı yarışı 5 - 7 iyunda keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə Qran-pri sentyabr ayına təxirə salınmışdı.