İdman

İngiltərə çempionatının təqvimi müəyyənləşdi

İngiltərə Premyer Liqasında mövsümün qalan turlarının təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, liqanın təşkilatçıları bərpadan sonrakı ilk 3 turun cədvəlini açıqlayıb.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan Premyer Liqa iyunun 17-də keçiriləcək 2 oyunla davam etdiriləcək. Həmin gün 28-ci turdan təxirə salınmış "Aston Villa” - "Şeffild Yunayted” və "Mançester Siti” - "Arsenal” qarşılaşması olacaq.

 

30, 31 və 32-ci turların matçları isə 19 iyun – 2 iyul tarixləri aralığında baş tutacaq.