İdman

Azarkeşlər stadionlara buraxıla bilər - La Liqada

La Liqada yeni mövsümün 12 sentyabrda start götürəcəyi gözlənilir.

Kanal14.az "El Pais"ə istinadən xəbər verir ki, La Liqa rəhbərliyi 2020-2021 mövsümündə azarkeşlərin stadionlara buraxılmasını istəyir. İspaniya Səhiyyə Nazirliyi icazə verəcəyi təqdirdə, arenaların əvvəlcə 30%, bir müddət sonra 50%, 2021-ci ilin yanvar ayından isə tam dolması planlaşdırılır.

Son məlumatlara görə, İspaniyada koronavirusa yoluxanların sayı 285 min 644-ə çatıb. Ölkədə 27 min 121 nəfər COVID-19-dan dünyasını dəyişib.