kanal14.az
kanal14.az

Şahmatçımız rapid növü üzrə onlayn Avropa çempionatının qalibi olub

Şahmatçımız rapid növü üzrə onlayn Avropa çempionatının qalibi olub
25-05-2020, 13:50 69 dəfə baxılıb

 


 

 

      Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb.

Kanal14.az xəbər verir ki, C qrupunun finalında 8 turdan 7 xal toplayan E.Mehtiyev birinci yeri tutub. Onunla eyni xalı toplayan iki şahmatçı – polşalı Marek Pniaczek və rumıniyalı Sebastian-Ionut Pavel əlavə göstəricilərə görə sonrakı iki pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edib. Ümumilikdə isə Avropa ölkələrindən 800-dək şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) iştirak edib.

Xatırladaq ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.

Qitə çempionatının B qrupunda şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.(Azertag.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA